İran filmi- Rutuş üçüncü dəfə Oskar akademiyasına təqdim olunub
İran filmi- Rutuş Amerikanın “Palm Sprinqs” festivalında 15 dəqiqədən yuxarı qısametrajlı filmlər üzrə ən yaxşı film mükafatını əldə edərək, üçüncü dəfə dalbadal Oskar akademiyasına təqdim olunubdur.
IRNA-nın məlumatına görə, Rutuş filminin Amerikanın “Palm Sprinqs” festivalında 15 dəqiqədən yuxarı qısametrajlı filmlər üzrə ən yaxşı film mükafatını əldə etməsi və üçüncü dəfə dalbadal Oskar akademiyasına təqdim olunması İran kinosunda bir rekord hesab olunur. Belə ki, bundan öncə heç bir İran filmi buna nail ola bilməyibdir.
İran Gəncləri Kinosu Cəmiyyəti tərəfindən quruluş verilmiş və Kave Məzaheri tərəfindən rejissorluq edilmiş Rutuş filmi bundan öncə də “Traybka” və Krakof film festivallarının ən yaxşı qısametrajlı film mükafatlarını əldə etmişdi.
23-cü “Palm Sprinqs” festivalı iyunun 20-dən 26-dək Amerikanın Kaliforniya ştatının Palm Sprinqs şəhərində keçirilib.
“Palm Sprinqs” festivalı təşkilatçılarının Oskar rəqabətlərindəki parlaq keçmişlərinə əsasən, bu festivalın qalibləri Oskar mükafatına namizədlik və bu mükafat üzrə yekun rəqabətlərdə iştirak üçün olduqca yüksək imtiyaza malikdirlər.