İran komandası para-voleybol yarışlarının qalibi olub
İyun 27, 2017 13:06 Asia/Baku
İranın kişilərdən ibarət para-voleybol komandası Çində keçirilən Asiya və Okeaniya yarışlarının ilk görüşündə Yaponiya komandasını məğlub edib.
IRNA-nın məlumatına görə, İranın kişilərdən ibarət para-voleybol komandası hər üç setdə rəqibini məğlub edib və bu yarışların çempionu adını qazanmaq istiqamətində möhkəm addım atıbdır.
İranın kişilərdən ibarət para-voleybol komandasının ikinci görüşü sabah Çin komandası ilə olacaq.
Çində keçirilən Asiya və Okeaniya para-voleybol çempionatının yarışları iyunun 27-də başlanıb. Yarışlar iyulun ikisinədək davam edəcək.
Çin, İran, Qazaxıstan, İraq, Yaponiya və Şri-Lanka kişilər bölməsində, Çin, İran, Yaponiya, Monqolustan və Qazaxıstan da qadınlar bölməsində bu yarışlarda iştirak edirlər.
Teqlər