İranlı taekvondoçunun qələbəsi
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i274504-İranlı_taekvondoçunun_qələbəsi
İranlı taekvondoçu Cənubi Koreyada keçirilən 23-cü dünya çempionatında Yeni Zelandiyadan olan rəqibini məğlub edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 28, 2017 08:03 Asia/Baku
  • İranlı taekvondoçunun qələbəsi
    İranlı taekvondoçunun qələbəsi

İranlı taekvondoçu Cənubi Koreyada keçirilən 23-cü dünya çempionatında Yeni Zelandiyadan olan rəqibini məğlub edib.

Taekvondo üzrə dünya çempionatı 183 ölkədən olan 973 taekvondoçunun iştirakı ilə iyunun 24-dən başlanıb. Yarışlar Cənubi Koreyanın Moco şəhərində yerləşən “Ti Van Arena” idman kompleksində keçirilir. Yarışlar iyunun 30-da başa çatacaq.

87 kiloqram çəki dərəcəsində mübarizə aparan iranlı taekvondoçu Səid Rəcəbi özünün ilk görüşündə Yeni Zelandiyadan olan rəqibini 25-5 hesabı ilə məğlub edərək, ikinci mərhələyə vəsiqə qazanıb. Rəcəbi növbəti etapda Kuba təmsilçisi ilə görüşəcək.