İran filmi Amerika festivalında ən yaxşı film sayılıb
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i274554-İran_filmi_amerika_festivalında_ən_yaxşı_film_sayılıb
Iranın “Nahar vaxtı” filmi Amerikada keçirilən altıncı “Esnik Eli” tələbə festivalının ən yaxşı film mükafatını əldə edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 28, 2017 15:48 Asia/Baku
  • İran filmi Amerika festivalında ən yaxşı film sayılıb

Iranın “Nahar vaxtı” filmi Amerikada keçirilən altıncı “Esnik Eli” tələbə festivalının ən yaxşı film mükafatını əldə edib.

IRNA-nın məlumatına görə, bundan öncə Fransanın Kann festivalında qısa metrajlı filmlər üzrə “qızıl palma” mükafatına namizəd irəli sürülmüş Iran rejissoru Əlireza Qaseminin çəkdiyi qısa metrajlı “Nahar vaxtı” filmi  Amerikada keçirilən altıncı “Esnik Eli” tələbə festivalının ən yaxşı film mükafatını da qazanıbdır.

Bu film orta məktəb şagirdi olan bir qız barədədir. O, vəfat etmiş anasının kimliyini müəyyən etmək üçün xəstəxanaya gedir.

Bu qısa metrajlı film son zamanlar da Amerikanın “Felaminqo” film festivalının ən yaxşı kino çəkilişi mükafatını almışdı.

Amerikada keçirilən altıncı “Esnik Eli” tələbə festivalı iyunun 21-dən 23-dək bütün dünyadan 70 qısa metrajlı filmin ekran edilməsinin şahidi olub və Amerikanın Vermont ştatının Burlinqton şəhərinin Kapital zalında keçirilmiş bağlanış mərasimində mükafatçılar təqdim olunubdur.