İran taekvondo üzrə dünya çempionatında üçüncü olub
İranın kişilərdən ibarət yığma taekvondo komandası taekvondo üzrə dünya çempionatında üçüncü olub.
183 ölkədən olan 973 taekvondoçunun iştirakı ilə iyunun 24-dən Cənubi Koreyanın Moco şəhərində başlanmış taekvondo üzrə 23-cü dünya çempionatı bu gün bir həftəlik rəqabətlərdən sonra başa çatıb.
İranın yığma taekvondo komandası orta yaş səviyyəsi 23 olan gənc idmançılarla taekvondo üzrə dünya çempionatında iştirak edərək, üçüncü yerlə kifayətlənibdir.
Taekvondo üzrə dünya çempionatında ilk üç yer komandaların əldə etdikləri xallar ilə müəyyən edilir. Beləliklə, İran komandası 46 xalla Cənubi Koreya və Rusiyadan sonra üçüncü olubdur.
İranlı taekvondoçular- Armin Hadipur və Mir Haşem Hoseyni İran komandasına iki gümüş, Məsud Həci Zəvvare isə bir bürünc medal qazandırıblar.
Qadınların yarışlarında da iranlı taekvondoçu Kimia Əlizadə bu yarışların sonuncu günündə gümüş medal əldə edibdir.