İranın oturaq voleybol komandası Asiya çempionatının qalibi oldu
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i274918-İranın_oturaq_voleybol_komandası_asiya_çempionatının_qalibi_oldu
İranın kişilərarası oturaq voleybol komandası Çində keçirilən Asiya və Okeaniya Oturaq Voleybol Çempionatının qalibi olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 02, 2017 09:07 Asia/Baku
  • İranın oturaq voleybol komandası Asiya çempionatının qalibi oldu
    İranın oturaq voleybol komandası Asiya çempionatının qalibi oldu

İranın kişilərarası oturaq voleybol komandası Çində keçirilən Asiya və Okeaniya Oturaq Voleybol Çempionatının qalibi olub.

İRNA-nın məlumatına görə, İranın kişilərarası oturaq voleybol komandası bazar günü Asiya və Okeaniya Oturaq Voleybol Çempionatının ikinci günündə baş tutan final görüşündə Qazaxıstan yğmasını 3-0 hesabı ilə məğlub edib. 

İranın oturaq voleybol komandası ötən gün qrup mərhələsində baş tutan dördüncü qarşılaşmada Qazaxıstan komandasını ardıcıl olaraq 3 set məğlub etməyi bacarıb. 

İran komandası bundan öncə qrup mərhələsində Çin, Yaponiya, Şrilanka və İraq komandalarını məğlub etmişdi. 

İranın qadınlararası oturaq voleybol komandası da şənbə günü yarışları 3-cü yerdə başa vurdu.