İranlı çimərlik futbolu qapıçısı dünyanın ən yaxşı qapıçıları arasında
İranın çimərlik futbolu komandasının qapıçısı Peyman Hüseyninin adı dünyanın ən yaxşı qapıçıları siyahısında qeydə alınıb.
İRİB-nin verdiyi məlumata görə, Ümumdünya Çimərlik Futbolu Təşkilatının bildirdiyinə görə, 2017-ci il üçün ilin ən yaxşı çimərlik futbolu qapıçısı ünvanı üçün 3 əsas namizədin adı açıqlanıb.
Bu məlumata görə, İrandan Peyman Hüseyni, Braziliyadan Maeo və Rusiyadan Çajkov 2017-ci il üçün ilin ən yaxşı qapıçısı ünvanına əsas namizədlərdirlər.
Ümumdünya Çimərlik Futbolu Təşkilatının internet səhifəsində Peyman Hüseyni haqda yazılıb: İranın istedadlı qapıçısının Meksika ilə qarşılaşmada vurduğu qol "Bahama" dünya çempionatının ən gözəl qolu seçilməklə yanaşı, onun özü də yarışın "qızıl əlcək" mükafatına layiq görüldü. Və sonda komandasını, yəni, İranı dünya üçüncüsü etdi.
İranın çimərlik futbol komandası 2017-ci il Bahama dünya çempionatında İtaliya qarşısında qələbə çalaraq, 3-cü oldu.