İran "Azərbaycanın Şəhid Sərkərdələri Kuboku" yarışının qalibi oldu
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i287953-İran_azərbaycanın_Şəhid_sərkərdələri_kuboku_yarışının_qalibi_oldu
İran İslam Respublikasının üzgüçülük komandası "Azərbaycanın Şəhid Sərkərdələri Kuboku" yarışlarının qalibi olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 01, 2017 07:12 Asia/Baku
  • İran
    İran "Azərbaycanın Şəhid Sərkərdələri Kuboku" yarışının qalibi oldu

İran İslam Respublikasının üzgüçülük komandası "Azərbaycanın Şəhid Sərkərdələri Kuboku" yarışlarının qalibi olub.

İRNA-nın məlumatına görə, Təbrizdə keçirilən üzgüçülük üzrə 11-12 və 13-14 yaş arası beynəlxalq "Azərbaycanın Şəhid Sərkərdələri Kuboku" yarışları cümə axşamı öz işini başa vurub. 11-12 yaş arası üzrə yarışlarda İran, Ermənistan və İraq müvafiq olaraq ilk üç yerin sahibi olub. 

13-14 yaş arası yarışlarda İran, Ermənistan və Azərbaycan müvafiq olaraq ilk üç yeri özlərinə aid ediblər. 

"Azərbaycanın Şəhid Sərkərdələri Kuboku" İran, Ermənistan, Azərbaycan, İraq və Suriyadan 110 idmançının iştirakı ilə 28-30 noyabr tarixində Təbriz şəhərində keçirilib.