Yan 29, 2018 14:31 Asia/Baku
  • Sevinc qarı şəhərə çökdü
    Sevinc qarı şəhərə çökdü

Uzun intizardan sonra qış fəslinin ikinci ayında ilahi rəhmət qarının dənəcikləri İranın müxtəlif şəhrestanlarının küçə və prospektlərinə çökdü və xalqın ürəyində ümid qığıcımını alovlandırdı.

Xalqın gözü qar yağıntısı ilə aydın oldu və ilahi nemət, yeri ağ örtüyə bürüdü.

Qar sevinci hələ də şəhər və kənd əhalisi, xüsusən uşaqlar arasında davam edir.

Məktəblərin tətil edilməsi də uşaqlar üçün xas bir gün yaradıbdır.

Ailələrin bir qrupu da şəhərin parkları və gülüstanlarında bir yerə toplaşıbdır ki, uşaqları bir qar günündən artıqlaması ilə ləzzət alsınlar.

Gözləri səmya dikilmiş və ilahi rəhmət yağıntısının intizarında olan əkinçilər də bu nemətə görə, şükr edirlər.

Qar yağıntısı səhra sakinlərini də şad edibdir.

Yağıntı miqdarı dağlıq məntəqələrdə güclü olub və qar yer üzünü örtübdür.

Şose yolları üzrə xidmətçilər əlaqə yollarında problemlə üzləşən avtomobillərə yardım göstəriblər.

Şose yolları üzrə xidmətçilərin səyləri sayəsində iki gün bundan öncə güclü qar və boran üzündən bağlanmış Qəzvin-Zəncan magistral yolu açılıbdır.

Əlaqə yollarının açılması üzrə səylər davam edir. İranın bəzi hava limanlarında güclü qar yağıntısı və buz bağlanması üzündən dayandırılmış uçuşlar bərpa olunub və bəzi digər hava limanları da müsafirlərə xidmət göstərməyə çalışırlar.

Teqlər