İranlı gənc tam ağıllı diş fırçası ixtira edib
-
İranlı gənc tam ağıllı diş fırçası ixtira edib
Bir iranlı gənc tam ağıllı diş fırçası ixtira edib və bu ixtira diş həkimlərinin diqqətini özünə çəkibdir.
İstanbul universitetinin iranlı tələbəsi urmiyyəli gənc Mehdi Bəşiri Türkiyə ixtiralar sərgisində öz ixtirasını təqdim edibdir.
Bəşirinin tam ağıllı diş fırçası diş səthindən qida qalıqları və ərpin maksimum miqdarının aradan götürülməsi və insan enerjisi sərf edilmədən otuz saniyə ərzində diş ətinin masaj edilməsi qabiliyyəti ilə əlillər və yatırılmış xəstələr üçün ixtira edilibdir.
Hərçənd iranlı gəncin tam ağıllı diş fırçası ixtirası bir amerikan şirkət tərəfindən oğurlanıbdır, amma o, məhkəmə üsulları ilə öz ixtirasının hüququnu izləyir.
Bu ixtira üç il bundan öncə İranda, ondan sonra isə Türkiyədə qeydə alınıb və İsveçrə və sonra da Amerika rəqabətlərində qızıl medal və fəxri diplom əldə edibdir.
25 yaşlı Mehdi Bəşiri 23 medal və fəxri diplom ilə sağlamlıq və stomatologiya sahələrində ixtiralar kolleksiyasını qeydə aldırıbdır.