May 01, 2018 16:40 Asia/Baku
  • İylənmiş meyvə Avstraliyada qorxu yaratdı
    İylənmiş meyvə Avstraliyada qorxu yaratdı

Avstraliyada iylənmiş meyvə qorxunun yaranması və universitetin təxliyə olunmasına səbəb olub.

CNN televiziyasının məlumatına görə, narıncı meyvəsinin qoxusu Avstraliya universitetlərindən birində qalmaqala çevrilib. Məsələ belə olub ki, həmin meyvənin qoxusu Melborn kitabxanalarından birində yayılıb, tələbələr həmin qoxunu qaz iyi hesab ediblər. Universitet rəsmiləri də qorxu ilə 500 tələbəni təxliyə ediblər. Lakin reallıq bu olub ki, çürümüş bir meyvənin qoxusunun yayılması bu hadisəyə səbəb olub. Universitet rəsmiləri hadisədən xəbərdar olduqdan sonra tələbələrə qaz yayılması təhlükəsi haqda xəbərdarlıq ediblər. Lakin həqiqət üzə çıxdığı zaman müraciət edərək tələbələrdən üzr istəyiblər.

Teqlər