May 26, 2018 21:31 Asia/Baku
  • Sadə iftar süfrəsi Ramazan ayının ənənələrindəndir
    Sadə iftar süfrəsi Ramazan ayının ənənələrindəndir

İftar süfrəsi açmaq mübarək Ramazan ayının adət-ənənələrindən biridir. Bəlkə də bu ayda daha çeşidli yeməkləri olan süfrələr açıla bilər. Amma bunun qarşısında sadə iftar süfrələrinin açılması istiqamətində də addımlar atılmaqdadır.

İşlərini söylənməsi ibadət olan zikrlə başlayırlar.

Paketləri hazırlayan uşaqlardan biri deyib: Həzrət Əlinin zikrini deyir və ondan kömək istəyirik.

İftarlıq modeli də fərqlidir.

Paketləri hazırlayan uşaqlardan biri deyib: Biz bu paketdə çörək, pendir, süd, xiyar, xurma qoyuruq. Bu kitabı da qoyuruq. Dostluq və davranış adətləri haqda hədislər kitabıdır.

Bunlar İsfahanın bir məhəlləsinin uşaqlarıdır. Hər il bir yerə toplaşırlar, özlərinin dediyi kimi, oruc tutanların xidmətçiləridirlər.

Paketləri hazırlayan uşaqlardan başqa birisi deyib: Hamımızın buraya toplaşaraq, bir-birimizin köməyi ilə bir neçə saat ərzində beş yüz ədəd bu paketlərdən hazırlamağımız çox yaxşıdır.

Deyirlər ki, bir şəxsin iftar etməsinə kömək edə bilərlərsə, onlar üçün çox dəyərlidir.

Paketləri hazırlayan uşaqlardan biri deyib: Mən dəyərləri canlandırdığımı hiss edirəm. İftarlıq vermək qədim adət-ənənədir.

Paketləri hazırlayan uşaqlardan biri deyib: Burada bizim hamımız bir işi görürük və məsuliyyətli olmaq hissini yüksəldir.

Paketləri hazırlayan qrupun rəhbəri deyib: Ramazan ayında həddindən artıq xərcləmək və israf etmək problemini həll etməyə çalışırıq.

Artıq bu iftarlıq paketləri oruc tutanlara verilmək üçün tam hazırdır.

Paketlərin hazırlanması üzrə qrupun rəhbərlik işçilərindən biri deyib: İnqilab Rəhbərinin çox xərcli süfrə yerinə, sadə iftar süfrəsi açmaq haqda buyruğu vardır.

Sadə iftarlıq ictimai qrupu mübarək Ramazan ayının sonuna qədər təxminən 7 min sadə iftarlıq paketini oruc tutanlara çatdırmaq niyyətindədir.  

 

Teqlər