İyul 31, 2018 10:15 Asia/Baku
  • İran komandası Dünya Orduları Kubokunun bürünc medalını qazandı
    İran komandası Dünya Orduları Kubokunun bürünc medalını qazandı

İranın velosiped üzrə yığma komandası Hollandiyada keçirilən Dünya Orduları Kubokunun ilk günündə time tril növündə bürünc medal qazanıb.

İRİB-in məlumatına görə, Hollandiyada keçirilən Dünya Orduları Kubokunun ilk günündə time tril növündə İran yığması Rusiya və Avstriyadan sonra üçüncü yeri tutub. 

Dünya Orduları Kuboku 30 iyuldan İran, Fransa, Braziliya, Almaniya, Belçika, Rusiya, Hollandiya, Avstriya, Sloveniya, Lüksemburq, Litva və Burkina-Faso yığmalarının iştirakı ilə Hollandiyada başlanıb və 3 avqusta qədər davam edəcək. 

Hərbi İdmanlar Beynəlxalq Şurası 18 fevral 1948-ci il tarixində Fransanın Nis şəhərində təsis olunub. 

Hərbi İdmanlar Beynəlxalq Şurası 1995-ci ildən Beynəlxalq Olimpiya Komitəsi tərəfindən rəsmən tanınıb və həmin il İtaliyanın Roma şəhərində dünya ordularının ilk kuboku təşkil olunub. Hazırda 127 ölkə bu quruma üzvdür. 

Teqlər