YUNESKO-da İran adına qeydə alınmış Çövkənin sənədinin təqdimatı keçirilib
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i319892-yunesko_da_İran_adına_qeydə_alınmış_Çövkənin_sənədinin_təqdimatı_keçirilib
Çövkənin İran adına BMT-nin Elm, Təhsil və Mədəniyyət Təşkilatı YUNESKO-da qeydə alınması üzrə sənədin təqdimat mərasimi bazar ertəsi günü Tehranda keçirilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 14, 2018 04:48 Asia/Baku
  • İran adına qeydə alınmış Çövkənin sənədinin təqdimatı keçirilib
    İran adına qeydə alınmış Çövkənin sənədinin təqdimatı keçirilib

Çövkənin İran adına BMT-nin Elm, Təhsil və Mədəniyyət Təşkilatı YUNESKO-da qeydə alınması üzrə sənədin təqdimat mərasimi bazar ertəsi günü Tehranda keçirilib.

İRİB-in məlumatına görə, İranın mədəniyyət və gənclər naziri Məsud Sultanifər bu mərasimdə deyib: Çövkən idmanının İran mədəniyyətində çox uzun keçmişi vardır və dünyanın ən qədim idman növlərindən sayılır. Bu idman növü İran İslam Respublikasının adına YUNESKO-da qeydə alındı. 

Sultanifər ümidvarlıq edib ki, İran çövkəni günü-gündən inkişaf etdirəcək və dünya yarışlarında da uğurlu nəticələr qazanacaq. 

YUNESKO 2017-ci il dekabr ayında çövkəni İranın adın dünya irsi siyahısında qeydə alıb. 

Çövkən İranın qədim idmanlarından biridir. Hazırda dünya idmanına çevrilib. Çövkən adı istifadə olunan dəyənəkdən alınıb.