Kermandakı "Sərçeşme" mis kompleksində superağır elektromühərriklər istehsalı
-
Kermandakı "Sərçeşme" mis kompleksində superağır elektromühərriklər istehsalı
Superağır elektromühərriklər istehsalı zavodunda təqribən 300 nəfər çalışır. Bu sənaye obyektinin himayə ediləcəyi halda, işçilərin sayı 1200 nəfərə çatacaqdır.
2015-ci ildə neft, qaz və neft-kimya sənayesində partlayışa qarşı mühərriklərin istehsalındakı uğurdan sonra bu dəfə Kermandakı "Sərçeşme" mis kompleksində superağır elektro mühərriklər istehsalı ilk dəfə həyata keçirilərək, quraşdırılıbdır.
Mühəndis: İran nümunəsi Amerika nümunəsi ilə eynidir.
Mühəndis: Biz Amerika nümunəsi üzərində tərs mühəndislik həyata keçirdik və yerli konstruksiya alındı.
Mühəndis: Bu kompleksin texniki səviyyəsinin artırılması ilə hər cür elektromühərriklər istehsalı qabiliyyətinə malikik. Bu kompleks Yaxın Şərqdə superağır elektromühərriklər istehsalı qabiliyyətinə malik yeganə şirkətdir.
2 meqavat gücə malik superağır elektromühərriklərin istehsalı texnologiyası günəş tarixi ilə 70-ci onillikdə Almaniyadan texniki biliyin alınması ilə başlandı.
Mühəndis: Kompleksin texniki qüdrəti təqribən on meqavat yerliləşdirilibdir.
Bu sənaye obyektinin istehsal gücü ildə 1200 meqavatdan çoxdur.
Mühəndis: Hal-hazırda ölkənin ehtiyacını təmin edirik.
Türkmənistan və İraq bu zavodun ixracat məhsullarının məqsədi olan bazarlardırlar.