İranlı şahmatçı Asiya ikincisi oldu
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i330564-İranlı_şahmatçı_asiya_ikincisi_oldu
İranlı şahmatçı Məhəmməd Əmin Təbatəbayi Asiya yarışlarının ikincisi oldu.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 18, 2018 14:10 Asia/Baku
  • İranlı şahmatçı Asiya ikincisi oldu
    İranlı şahmatçı Asiya ikincisi oldu

İranlı şahmatçı Məhəmməd Əmin Təbatəbayi Asiya yarışlarının ikincisi oldu.

İRİB-nin verdiyi məlumata görə, Asiya yarışlarında İranı təmsil edən Məhəmməd Əmin Təbatəbayi Filippində keçirilən şahmat yarışlarının sonunda çinli rəqibi ilə matçı heç-heçə nəticələndirib.

Seyid Məhəmməd Əmin Təbatəbayi bu nəticə ilə 6.5 xal əldə edərək, Asiya ikincisi olub. O, dünya çempionatında iştiraka da vəsiqə əldə edib .

Bu, iranlı şahmatçıların Asiyada əldə etdikləri ən yüksək göstəricidir. Bundan öncə 2003-cü ildə Qətərdə keçirilən yarışlarda Ehsan Qaimməqami ikinci olmağı bacarmışdı.

Təbatəbayi Asiya ikincisi olaraq, 7300 dollarlıq mükafatın qalibi olub.