Barmaqların hünəri
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i343593-barmaqların_hünəri
Lorestanda 53 min fəal toxucu xalça, kilim və cecim toxumaqla məşğuldur. Onlar ildə 50 min kvadratmetr əldətoxuma məhsul istehsal edirlər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 03, 2019 16:58 Asia/Baku
  • Barmaqların hünəri
    Barmaqların hünəri

Lorestanda 53 min fəal toxucu xalça, kilim və cecim toxumaqla məşğuldur. Onlar ildə 50 min kvadratmetr əldətoxuma məhsul istehsal edirlər.

Müsahibə(qadın): Maraq göstərirdim və üç hana ilə başladım və 300 hanaya çatdım.

İllər ötür. Əlləri sürətlə hana ağacında uzanan iplər arasında gəzişir və ilmə-ilmə toxuyur ki, onun diyarında ehtiyacı olan qadınların həyat çarxı minnətsiz fırlanmış olsun.

Müsahibə(qadın): Mənim əvvəl heç bir sənətim yox idi. "Yas" kooperasiya şirkətinin təlim mərkəzi ilə tanış olandan sonra öyrəndiyim təlimlərlə hazırda özüm işin ustası olmuşam və məşğulluq yarada bilərəm.

Müsahibə(qadın): 20-dən çox məhsul istehsal edirəm. Kilim, cecim, tablo-xalça, qədim xalı və mədəni irs təşkilatı üçün sənət əsərləri.

Uzun illərin məşəqqətləri və barmaqların yaraları nəhayət öz bəhrəsini verdi.

Müsahibə(qadın): Çox istəyirdim ki, öz mədəniyyətimiz və əslliyimiz ilə daha artıq tanış olam. Bura gəldim və kilimtoxumanı öyrəndim. Və indi gəlir mənbəyi yarada bilərəm.

Müsahibə(qadın): 300 işçisi olan üç emalatxanam var. 100 nəfər birbaşa şəkildə, 300 nəfər də dolayısı ilə işlə məşğuldur. Əksərən başsız və ya pis başçısı olan qadınlardırlar.

Bu sənətkar qadının və onun şagirdlərinin bacarıqlı barmaqlarının səsi sərhədlərin o tayına da çatıbdır.

Müsahibə(qadın): Mənim məxsus müştərilərim var, hətta ölkə xaricindən də gəlib, alırlar. Lakin bizim məhsullarımızı haradan tanıdıqlarını bilmirəm.

Müsahibə(qadın): Kuhdəştdən olan qadınlarımız əl işləri sənətlərində, xüsusən kilimtoxuma və xalçatoxumada doğrudan da əvvəldirlər. Məsul şəxslərdən istəyirik ki, bu sahədə bizə dəstək versinlər.