İranın idman karvanının uğurları
İyul 04, 2019 08:35 Asia/Baku
-
İranın idman karvanının uğurları
İranın idman karvanı İspaniyada keçirilən fəhlələrin beynəlxalq yarışlarında yunan-roma güləşi, üzgüçülük və yüngül atletika növlərində 23 medal qazanıb.
İranın fəhlələrdən ibarət yunan-roma güləşi komandası dünən yeddi qızıl və bir bürünc medal qazanaraq, yarışların çempionu olubdur.
İranlı üzgüçülər də fəhlələrin beynəlxalq yarışlarının ilk günündə 12 qızıl, gümüş və bürünc medal əldə ediblər.
Həmçinin İranın qızlardan ibarət yüngül atletika komandası 800 metr məsafəyə qaçışda qızıl və gümüş medallar, maneələrlə 100 metr məsafəyə qaçışda isə bürünc medal əldə edibdir.
İran karvanı bu yarışlarda 140 idmançı ilə 9 növdə iştirak edir.