Urmiyyə gölünün bərpası
-
Urmiyyə gölünün bərpası
“Azərbaycanın firuzəvi qaşı” kimi tanınan Urmiyyə gölü bir daha müsafirlər və turistlərə ev sahibliyi edir ki, onlar bu diyara səfər edərək, bu su hövzəsinin mavi canlılığına və hay-küyünə tamaşa etsinlər.
Bu, ümidin, şadlığın və ikinci bir təvəllüddün sədasıdır.
Bura, Urmiyyə gölüdür ki, yüksək şövqlülüyü müsafirləri üzgüçülük və əyləncə üçün özünə tərəf çəkibdir.
Amma sənətkarlar bekar oturmayıblar və fəaliyyətə keçərək, bu yüksək əvhal-ruhiyyəni foto formasında təsvirə çəkiblər.
Müsahibə(kişi): Uşaqlıq dövrünün xatirələri bizim üçün canlanır.
Urmiyyə gölünün ilk milli foto festivalı Urmiyyə meriyasının ciddi-cəhdi ilə keçirilib və bütün ölkədən olan 135 fotoqraf tərəfindən festivala 1500 foto-şəkil göndərilibdir ki, münsiflər 57 şəkili seçiblər.
Müsahibə(kişi): Festivalda məqsədimiz bu idi ki, Urmiyyə gölünün bərpası və əhali arasında yaranmış ruh yüksəkliyini göstərmiş olaq.
Hər bir fotoqraf foto formasında öz baxışı və məqsədinin ardıncadır, biri, gölün keçmişi, biri də gölün indiki dövrü üçün.
Müsahibə(kişi): Məqsəd bu idi ki, Allah-Taalanın lütfkarlığı ilə Urmiyyə gölündə baş vermiş dəyişiklik göstərilsin, xoşbəxtlikdən, bu festivalın keçirilməsilə bu hədəfə nail olduq.
Müsahibə(kişi): Şəkil bir sənəd kimidir. Bu şəkilərə baxmaqla görürük ki, bir zaman əsla suyun olmadığı yerlərdə bir metr və ya bir metr yarım su var və bu, çox sevindiricidir.
Bu festival Urmiyyə incəsənət bölməsinin rəsm əsərləri qalereyasnda iyulun 6-dək fəaliyyət göstərir. Dənizin dalğalarının sədası, ümid və həyat səsidir. Dəniz ətraf mühit və turizm məsələləri üçün yüksək imkana malikdir. Dənizin qədrini bunlardan daha çox bilək.