Urmiyyədə Xuzistan daşqını barədə fotosərgi keçirilib
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i348675-urmiyyədə_xuzistan_daşqını_barədə_fotosərgi_keçirilib
Xuzistan fotoqraflarının sel və seldən zərərçəkənlər barədəki əsərlərindən ibarət sərgi Urmiyyə şəhərindəki "Milan" qalereyasında fəaliyyətə başlayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 16, 2019 16:16 Asia/Baku
  • Urmiyyədə Xuzistan daşqını barədə fotosərgi keçirilib
    Urmiyyədə Xuzistan daşqını barədə fotosərgi keçirilib

Xuzistan fotoqraflarının sel və seldən zərərçəkənlər barədəki əsərlərindən ibarət sərgi Urmiyyə şəhərindəki "Milan" qalereyasında fəaliyyətə başlayıb.

Bu əsərlərdə selin vurduğu xəsarətlərin genişliyinin bəyan edilməsindən əlavə, Xuzistan əhalisinin bu təbii fəlakət qarşısındakı müqaviməti və həmrəyliyi təsvirə çəkibdir.

Bu sərgidə Xuzistan vilayətinin 16 fotoqrafınınn əsərləri nümayiş etdirilir.

Sərgidə nümayiş etdirilən əsərlərin məzmunu Xuzistandakı sel faicəsini əks etdirir.

Bu sənət əsərlərinin satışından əldə olunan mənfəətin bir hissəsi seldən zərərçəkənlərə yardım üçün nəzərdə tutulub.

Cari ilin əvvəlində leysan yağışlarının yağması İranın bir çox vilayətlərində sel və daşqınlara səbəb oldu ki, bu hadisə xüsusən Xuzistan vilayətində həmvətənlərimizə insan və maliyyə cəhətdən xəsarətlər vurdu.