Yağış İran çölündə göl yaratdı
-
Yağış İran çölündə göl yaratdı
İranın mərkəzində yerləşən sonsuz Lut çölündə leysan yağışlarından yaranmış daşqınlar heyrət doğuran bir göl yaratdılar ki, hazırda həm köçəri quşları, həm də turistləri qarşılayır.
Lut çölü dünyanın ən heyrətamiz çöllərindən biridir.
Delfinlər boğazı, “Rige Yəlan”, gecələr ulduzlarla dolu səmadakı nurlu şəfəqlər, şor sulu çay və indi də bu ilin əvvəlindəki iri sel bəzi şose yollarının dağılmasına bais olsa da çölün dərinliyində bu nadir bir gölü meydana gətirdi.
Kermanın ətraf mühit rəsmilərindən: Bu ilin yazında misilsiz yağıntıların məhsulu olan göl Kermanın şimalında yerləşən Ravər bölgəsindən qaynaqlanır.
Bu miqdarda su bəzi sevilməli qonaqların buraya gəlmələrinə səbəb oldu.
Kermanın ətraf mühit rəsmilərindən: Lut çölü istiqamətindən keçən köçəri quşlar gölü görərək, qaldılar və həyat sürdülər.
Şəhdad-ın sakit çölünə yalnız bir səfər insanı orada tutub saxlayır. Görməli möcüzələrlə xas bir dinclik.
Fotoqraf:
Turistlərdən biri ilə söhbət edərkən elə bilirdi ki, zarafat edirəm, amma gəldik və günəşin batmasından şəkil çəkdik və doğrudan da misilsiz idi.
Xarici turist: Quru bir çöldə sürücülük edirik və sonra birdən-birə buraya çatırıq. Bu suya və sahilə çırpılan dalğalara. Fövqəladədir və sevinirəm ki, bu il buranı gördüm
Xarici turist:
İran gözəl bir ölkədir. Hər hansı digər bir yerdən fərqlidir. İran xalqı olduqca mehribandır. Buna görə, mən hər il İrana gəlirəm. Əgər sevməsəydim, gəlməzdim. Çox mehriban bir xalqdır. Yeməklər də əladır. İranın mənzələrələri, tarixi və mədəniyyəti heyrətamizdir.
İranın təbii cazibədarlıqları malik olduğu digər vəsaitlərlə yanaşı turistləri cəzb edibdir.