Noy 18, 2019 13:59 Asia/Baku
  • Hind məktəblilərin hava çirklənməsinə qarşı aksiyası
    Hind məktəblilərin hava çirklənməsinə qarşı aksiyası

Hindistanlı məktəblilər öz valideyn və müəllimlərilə yanaşı, dünən bu ölkənin paytaxtı Yeni-Dehlidə havanın çirklənməsi böhranına etiraz olaraq, aksiya keçiriblər.

Aksiyaçılar bildiriblər ki, Hindistan hökuməti havanın çirklənməsi probleminin həlli üçün indiyədək bir addım atmayıbdır. Onlar havanın çirklənməsi problemi ilə mübarizə üçün təcili və ciddi addımların atılması vacibliyinə təkid ediblər.

Hindistanda kəskin hava çirklənməsi böhranı davam etməkdədir.

Hindistanın paytaxtı Yeni-Dehlidə və ətraf şəhərlərdə havanın keyfiyyəti son bir neçə həftədə çox aşağı düşübdür.

Yeni-Dehli məktəbləri də hava çirklənməsinə görə iki gün tətildən sonra bu gün yenidən açılacaqdır.

 

Teqlər