İranın animasiya filmi Rusiyada
-
İranın animasiya filmi Rusiyada
İran istehsalı olan “Fil şah” animasiya filmi Rusiya kinoteatrlarında göstərilir. Bu animasiya filmi sonra Azərbaycan Respublikası, Belarus, Qırğızıstan və Qazaxıstanın kinoteatrlarında nümayiş etdiriləcək.
Noyabrın 21-dən Rusiya kinoteatrlarının 400 gümüşü pərdəsində “Fil şah” adlı bir İran animasiya filmi nümayiş etdiriləcək.
Bu film uşaq və yeniyetmələr üçün çəkilmiş olsa da yuxarı yaşlı rusları da açılışdan öncə də kino zallarına çəkibdir.
Nəhayət dublyajdan və digər koordinasiya işlərindən sonra noyabrın 21-dən bir həftə müddətinə Rusiya kinoteatrlarında nümayiş etdiriləcək. Bu gün də bu animasiya filminin Rusiyada açılışı idi.
Bu animasiya filmi maraqlı bir hekayət və rəvan bir dublyaj ilə çox sayda tamaşaçını özünə cəzb edibdir. Belə ki, rus investorları bu filmin nəzərəçarpacaq sayda satışına ümidvar edibdir.
Bu olduqca gözəl film mütləq tamaşaçıların rəğbətilə üzləşəcək. Ümid edirəm ki, Rusiya kinoteatrlarında İran filmlərinin nümayişi üçün bir başlanğıc olmuş olacaq.
Rus tamaşaçılar da bu animasiya filminə tamaşa etməkdən razı görünürlər.
Mən uşağımla yanaşı bu filmi gördüm və ona tamaşa etməkdən ləzzət aldıq.
-----------
Bu filmin çoxlu cazibədarlıqları var və məncə, bütün yaş qrupları üçün maraqlı olacaqdır.
Bu gözəl İran animasiya filmi Rusiyaın 400 kinoteatrından əlavə, Azərbaycan Respublikası, Belarus, Qırğızıstan və Qazaxıstanın kinoteatrlarında da nümayiş etdiriləcəkdir.