12 iranlı professor dünyanın ən çox istinad edilən tədqiqatçıları arasında
-
12 iranlı professor dünyanın ən çox istinad edilən tədqiqatçıları arasında
İslam Dünyasının Elmlər üzrə Məlumat Bazasının rəhbəri, 12 İran professorunun adının 2019-cu ildə dünyanın ən çox istinad edilən tədqiqatçıları sırasına daxil edildiyini bildirib.
İslam Dünyasının Elmlər üzrə Məlumat Bazasının rəhbəri Mohəmməd Cavad Dehqani deyib: "Klarivate Analytiks" məlumat bazası on iki İran professorunun adının 2019-cu ildə dünyanın 6200 ən yaxşı tədqiqatçı siyahısında olduğunu bildirib.
Dehqani əlavə edib: İranın ən yaxşı tədqiqatçıları dörd, üç, üç və iki nəfər olmaqla fənlərarası, kənd təsərrüfatı, riyaziyyat və mühəndislik sahələrində iştirak edirlər.
"Klarivate Analytiks" məlumat bazası hər il dünyanın ən çox istinad edilən tədqiqatçılarını təqdim edir.
Siyahıya son on ildə məqalələrini yayımlayaraq ən çox istinad ala bilmiş bir qrup tədqiqatçı daxildir.