Xomeynişəhrdə qovrulmuş noxudun hazırlanması milli səviyyədə qeydə alınıb
-
Xomeynişəhrdə qovrulmuş noxudun hazırlanması milli səviyyədə qeydə alınıb
İranın İsfahan vilayətinin Xomeynişəhr bölgəsində noxudun qovrulmuş noxuda çevrilməsi prosesi ənənəvi şəkildə həyata keçirilir. Bu proses bir çox çətinliklərə müşayiət olunur.
Noxudtökmə peşəsi ölkənin qeyri-maddi irsi siyahısında yer alıb.
Nəreyşen: 20 pillə aşağı enməliyik.
30 metr dərinlikdə yerin içərilərinə bir səfər.
Doğrudan da nəfəs almaq ağırlaşmağa başlayır.
Sirli və əlbəttə, çətin bir yola malikdir.
Aşağı çatarkən daha ayaqlar gücdən düşür.
Aşağı çatmaq üçün təqribən on dəqiqə vaxt keçdi.
Zirzəmi şəhərinə bənzər bir yer. Ona rütubətxana deyirlər və 200 yaşı var.
Bunlar noxud adında bərk və sərt dənələrdirlər. Noxudlar bu dolanbac tunellərdə bir müddət qalırlar.
Tunellərin hündürlüyü yalnız bir metrdir və noxudtökən hər gün məcburi şəkildə əyilərək, noxudları qarışdırır.
Müsahibə: Noxud yerin rütubətli halını almalıdır və yerin nəmini alarkən noxudun qabığı nazikləşir.
Müsahibə: Əgər bu noxudlara su vursaq, noxudlar qaralar və ya partlayarlar.
Noxudlar indi 48 saatdan sonra yerin rütubətini aldılar.
Müsahibə: Noxudları yuxarı göndəririk.
İndi noxudlarla yerin dərinliyindən çıxmağın vaxtı gəlib çatıbdır.
Müsahibə: Qoxu vermək mərhələsinə başlamaq olar.
Həmin bərk və sərt noxudlar xırtıldayan və dadlı qovrulmuş noxudlara çevriliblər.
Müsahibə: 500 dərəcə istiliklə qoxu verilibdir.
Xomeynişəhrdə noxudun qovrulmuş noxuda çevrilməsi ənənəvi bir prosesdir və indi onun tarixi 200 ilə çatır.
Müsahibə: Bzim noxudtökmə sexlərimiz ildə orta hesabla 200 ton qovrulmuş noxud hazırlayır və ölkənin əksər nöqtələrinə göndərilirlər.
Noxudtökmə peşəsi əlbəttə çətinliklə yanaşı olan çox cazibədar bir peşədir və hazırda qeyri-maddi irsi siyahısında qeydə alınıbdır.
Bu şəhərin 150 noxudtökənindən təkcə on nəfər fəaliyyətlə məşğuldur. Yerdə qalanları bu sərt və yorucu peşə ilə vidalaşıblar.