Niyasərin təbii şəlaləsinin gözəllikləri
-
Niyasərin təbii şəlaləsinin gözəllikləri
Gözəl Niyasər şəhəri öz daxilində misilsiz təbii və tarixi cazibələrə yer verib. Bu misilsiz cazibələrin hesabına bu şəhər tarix və təbiətə maraq göstərənlər və turistlərdən bir çoxunun diqqətini çəkir. Qədim fars dilinə aid olan Niyasər ifadəsi kölgə və soyuq deməkdir, ancaq bəzilərinin qənaətincə, dayanmaq mənasındadır.
Təbii və gözəl Niyasər şəlaləsi Niyasər şəhərinin şimal ətrafında, Kaşandan 25 kilometr cənub-qərbdə yerləşir. Bu şəlalənin uzunluğu 86 metrdir və “Eskəndər bulağı” adlı bulaqdan mənşə alır.
Bu şəlalə yamyaşıl, təbii və pak-pakizə mənzərələrlə yanaşı, çox sayda turisti Niyasər şəhərinə çağırır ki, tətil günlərində, xüsusən yaz və yay fəsillərində bu gözəl məkanda əyləncə və turizmlə məşğul olmuş olsunlar.
İri şəlalə parkı, “Rəis” mağarası, Niyasər atəşgahı, astronomiya saytı və rəsədxana/ görməli və gözəl məkanlardır və bu təbii şəlalənin qonşuluğunda yerləşməklə ona özünəməxsus cazibədarlıqlar veriblər.
Bu şəlalənin ətrafında otel, restoran və çoxlu sayda yeməkxananın mövcudluğu bu turizm məkanının rifah və əyləncə imkanlarını təkmilləşdirir. Elə indidən səfər çamadanını bağlayıb, buranın dadlı quru meyvələri və bitki sularını özünüzlə soğat aparın.