Bircəndin Əkbəriyyə bağının bərpası
-
Bircəndin Əkbəriyyə bağının bərpası
Bu gün sizə Bircəndin turizm cazibədarlıqlarından birini, İranın Zəndlər dövrünün gözəl bağlarından birini- Əkbəriyyə bağını sizə təqdim etmək istəyirik. Tarixi malikanəyə malik olan bu bağ 2011-ci ildə YUNESKO-nun beynəlxalq irsi kimi qeydə alındı.
Beynəlxalq Əkbəriyyə malikanə-bağına baş çəkdik. Tarixi malikanəyə malik gözəl bir bağ.
İranın Cənubi Xorasan vilayətinin Mədəni İrs İdarəsinin məsul şəxsləri malikanənin çöl və içəri ərazilərini bərpa edərək, yenidən qurublar.
M.K- Biz bərpa işlərinə 2018-ci ilin iyun-iyul aylarında başlamışıq. Xoşbəxtlikdən, hovuzxananın mərkəzində yerləşən hovuz və suyu kəhrizdən bu hovuza ötürən su arxı tam şəkildə uçqunlar altından üzə çıxarıldı.
Və bərpa mütəxəssisləri bu kompleksi bərpa etməyə başladılar. Bu gips bəzəkləri müxtəlif dövrlərdə gips və boyadan ibarət bir qarışıq formasında bunların üzərinə çəkmişdilər ki, bu da bəzəkləri oxunaqsız etmişdi. Həmin qatları bu naxışların üzərindən götürə bildik və itmiş hissələri də tarixi faktlar əsasında bərpa etdik.
Bu bərpa işlərinin ən mühüm nailiyyəti Əkbəriyyə bağında iranlı bağının əsl memarlıq elementlərinin bir hissəsinin bərpası, rütubət amilinin silinməsi, malikanənin yüksəklik və həndəsi tənasüblüyünün, eləcə də abidənin tarixi və memarlıq əslliyinin geri qaytarılmasıdır.
M.K- Binanın ilkin hovuzunun hissələri şimal tərəfdə tapılıb. Bu hovuzun uçqunlarının götürülməsi də həyata keçirilib. İcra amillərinin köməyilə buranın dibinin bərpası, bütün ərazinin kərpic döşəməsi həyata keçirilib və soyuq mövsümün başlanmasına əsasən, hovuzun işini davam etdirmədik. Lakin havanın yaxşılaşması ilə yekun bərpa işləri həyata keçiriləcək.
Bu kompleksin tam bərpası cari günəş ilinin sonunadək başa çatacaq.