Hörmüz, rənglər adası
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i354078-hörmüz_rənglər_adası
Gözəl Hormuz adası gözəlliklərin qarışığıdır. Fars Körfəzinin mavi suları adada bir almaz kimi parlayır və adanın qızılı sahili onun gözəlliyini ikiqat artırır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 15, 2019 15:37 Asia/Baku
  • Hörmüz, rənglər adası
    Hörmüz, rənglər adası

Gözəl Hormuz adası gözəlliklərin qarışığıdır. Fars Körfəzinin mavi suları adada bir almaz kimi parlayır və adanın qızılı sahili onun gözəlliyini ikiqat artırır.

Payızda Hormozqanda olarkən bu adaya getmək sənin əsas planlarından biri olacaq. Hörmüz, rənglər adası.  

Hörmüz adasının turizm cazibədarlıqları bu gümüş sahil kimi olduqca təbiidir.

Bura, “Nəməkdan” mağarasıdır.

M.K- Tavanı və divarlarına baxın- qara bənzəyir, ancaq əslində duzdur.

Duz ilahəsi bu adanın turizm cazibədarlıqlarından biridir.

Və qısa və uca dağların qoynunda 72 müxtəlif rəngə malik “Göy qurşağı” dərəsi. Hər bir tamaşaçının gözləri açılı qalır.

M.K- Gözəl bir ölkədir. Mən Almaniyadan gəlmişəm ki, iranlıların, xüsusən Hörmüz adası sakinlərinin mədəniyyətilə tanış olam.

22 kilometr sahil zolağını keçdikdən sonra bu adanın soğatlarını da görmək olar.

Artıq illərdir ki, Hörmüz adası payız və qış turizminin paytaxtı adını daşıyır.

M.K- Turizm infrastrukturlarından biri, 60 nəfərlik oteldir. 3500 kvadrat-metrlik əraziyə malik və tikilməkdə olan digər bir otel. Həmçinin 150 nəfərlik turizm kompleksinin birinci bloku dekabrın sonlarında istifadəyə veriləcək.

“Geoloqların beheşti” kimi tanınan Hörmüz adası Bəndər-Abbasın cənub-şərqindən səkkiz kilometr aralıda yerləşir.

Bura, Hörmüz adasının sahili olaraq, bu gözəl adanın turizm cazibədarlıqlarının bir hissəsidir və hər il çox sayda müsafiri cəzb edir.