İqlim dəyişiklikləri konfransı karbon haqda razılıq əldə olunmadan sona çatıb
-
İqlim dəyişiklikləri konfransı karbon haqda razılıq əldə olunmadan sona çatıb
İqlim dəyişiklikləri barədə beynəlxalq danışıqlar dünən elə bir halda başa çatıbdır ki, müzakirə tərəfləri dünya bazarlarının tənzim olunması tərzi barədə əsas qərarı təxirə saldılar.
İki həftə ərzində Madriddə keçirilən forumda dünya səviyyəsində istiliklə mübarizə barədə 200 ölkədən olan heyətlər bildirdilər ki, istixana qazlarının azalması və iqlim dəyişikliklərindən əziyyət çəkən yoxsul ölkələrə yardım üçün daha artıq əzmkarlıq istəyirlər. İqlim məsələləri barədə uzun-uzadı danışıqların keçirilməsinə rəğmən, ən çətin məsələlərdən biri Qlazqoda keçiriləcək gələnilki iclasa saxlanılıb.
BMT-nin baş katibi Antonio Quterreş dünən iqlim dəyişiklikləri forumunun yekun bəyanatı barədə məyusluq ifadə edib. O, həmçinin bu itirilmiş fürsət barədə təəssüf ifadə edibdir.