Kaşan külçəsi milli qeydiyyatdan keçdi
-
Kaşan külçəsi milli qeydiyyatdan keçdi
Kaşanın ənənəvi külçəsinin bişirilməsi məharəti mərasimi qeyri-maddi mədəni irs mərasimlərindən biri kimi İsfahan vilayətinin qeyri-maddi mədəni irs mövzusu və genişliyi ilə İranın qeyri-maddi mədəni irs siyahısında qeydiyyatdan keçibdir.
Kaşanın ənənəvi külçəsi gülab və bitki sularının kənarında bu şəhərin soğatlarından biridir.
Bu külçə üçün 150 ildən çox və 200 il keçmiş qeydə alınıbdır. Heyvan və bitki mənşəli yağlar kimi iki növ yağ və hil ilə bişirilir və müxtəlif zövqlərə uyğun olaraq, Kaşan toyları üçün bir məhsul və soğat kmi satın alınır.
İranın hər yerində külçə var, lakin biz kaşanlılar öz şəhərimizin külçələrini daha çox sevirik.
Bu soğat İranın digər şəhərlərinin külçələrindən fərqlənir, zira onun xammalı və bişirilmə məharəti fərq eləyir.
Külçəni təşkil edən maddələr qabıqlı un, heyvan yağı, şərbət və döyülmüş hildir. Bunların hamısı Mikser aparatı vasitəsilə miks edilir, püstə əlavə olunur, forma verilir və sonra 20 dəqiqə müddətinə sobanın içində qalır ki, bişsin və sonda olur ənənəvi külçə.
Bu məharət bir neçə aydır ki, milli səviyyədə qeydə alınıb və indi külçəbişirənlərin iştirakı ilə keçirilən bir mərasimdə onun qeydiyyat lövhəsinin təqdimatı olub.
Kaşanın ənənəvi külçəsi əksərən novruz bayramında kaşanlıların süfrələrinin başında qonaqlara təqdim olunan şirniyyatlardan biridir və xoşbəxtlikdən, qeydiyyat şurasında irəli sürərək, qeydə aldıra bildik.
Bu lövhənin təqdimatı ilə/ Kaşan şəhərinin İranın qeyri-maddi mədəni irs siyahısında qeydiyyatdan keçmiş əsərlərinin sayı 29 əsərə çatıbdır.
Günəş ilinin sonunadək daha üç əsər, o sıradan “Mirzə Hüseyn souhanı”, “Qutab” və Kaşan paxlavası İranın qeyri-maddi mədəni irs siyahısında qeydə alınacaqdır.