Arıçıların Hormozqana köçü başlanıb
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i354348-arıçıların_hormozqana_köçü_başlanıb
Hormozqan kənd təsərrüfatı cihadı təşkilatının mal-qara məhsullarının yaxşılaşdırılması üzrə sədr müavini arıçıların bu vilayətə köçmələrindən xəbər verib. Arıçıların Hormozqana köçmələri vilayətin münasib iqlim şəraitinə görə, novruz bayramınadək davam edəcək.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 20, 2019 03:48 Asia/Baku
  • Arıçıların Hormozqana köçü başlanıb
    Arıçıların Hormozqana köçü başlanıb

Hormozqan kənd təsərrüfatı cihadı təşkilatının mal-qara məhsullarının yaxşılaşdırılması üzrə sədr müavini arıçıların bu vilayətə köçmələrindən xəbər verib. Arıçıların Hormozqana köçmələri vilayətin münasib iqlim şəraitinə görə, novruz bayramınadək davam edəcək.

Payız bitmək üzrədir. Hormozqanın sahilləri və nohurlarının səs-küylü qonaqları var. Sahillərdən əlavə, bu günlər Hormozqanın bağları da kiçik qonaqları qarşılayırlar.

Bura, Rudan rayonunun sitrus meyvələri bağıdır. Cənab Xoşbəxt Kaşmər rayonundakı arı pətəklərini bu bölgəyə gətirib.

M.K- Qərbi Azərbaycan vilayətinin Təkab rayonundan gəlmişəm. 800 arı dəstəm var. Buranın münasib iqliminə görə, arıların nəsil artırmaları üçün buraya gəlmişəm.

Kilometrlərlə uzaqlarda, Hormozqanın qərbində, Parsian rayonunda da arıçılar ölkənin müxtəlif bölgələrindən bu bölgəyə köçüblər.

Bağlar və düzlərin yaşıllıqlarının kənarında Hormozqanın hazırkı iqlimi hər köçdə pətəklərin sayının bir neçə qat artmasına səbəb olur.

Arıçılıq çətin bir peşədir, amma əgər həvəslə yanaşı olarsa, məhsulu kimi şirin olar.

M.K- On ildir ki, arıçılıqla məşğulam və bu peşəyə çox maraq göstərirəm. Hər bir bal pətəyindən təqribən on beş kilo təbii bal əldə edirik.

Bu il Hormozqanda yağıntılar da yaxşı olubdur. Bitki örtüyü arıçıların Hormozqana köçmələri üçün münasibdir.

M.K- Bal istehsalı adətən yaz və payız fəsillərində həyata keçir və proqnoz edilir ki, hər bir pətəkdən 8-12 kilo bal istehsal etmək olar.