Ərdəbil vilayətində dünyanın ilk tam şüşəli qövs asma körpüsü
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i354451-Ərdəbil_vilayətində_dünyanın_ilk_tam_şüşəli_qövs_asma_körpüsü
İslam İnqilabının naliyyətlərindən olan Hir şüşəli qövsvari asma körpüsü yerli mühəndislər tərəfindən icra olunan müqavimət iqtisadiyyatı sahəsində dəyərli layihələrdən biridir və öz növündə Hir bölgəsinin turizm sənətini dəyişdirə bilər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 22, 2019 16:42 Asia/Baku
  • Ərdəbil vilayətində dünyanın ilk tam şüşəli qövs asma körpüsü
    Ərdəbil vilayətində dünyanın ilk tam şüşəli qövs asma körpüsü

İslam İnqilabının naliyyətlərindən olan Hir şüşəli qövsvari asma körpüsü yerli mühəndislər tərəfindən icra olunan müqavimət iqtisadiyyatı sahəsində dəyərli layihələrdən biridir və öz növündə Hir bölgəsinin turizm sənətini dəyişdirə bilər.

Ərdəbil vilayətində dünyanın ilk tam şüşəli qövsvari asma körpüsü.

İstedadlı iranlı mühəndislərdən digər bir təşəbbüs. Daş, polad və şüşənin ustalıqla komibinə edilməsi. Ərdəbil yüksəkliyində təsəvvürolunmaz bir körpünün inşası üçün.

Bilmirsiz, bu körpünün üzərində yeriməyin nə qədər həyəcanı var. Həm qorxusu, həm də həyəcanı.

M.K- Uzunluğu təqribən 200 metrdir. Hündürlüyü 80 metr, eni isə təqribən bir metr 20 santimetrdir.

Şüşələrin materialı laminat edilibdir.

M.K- Tamamilə yerli mühəndislər və qüvvələrin əli ilə dizayn və icra edilibdir.

Hirin Dərbənd dərəsinin arasında salınan bu misilsiz körpünün tikilməsi üçün indiyədək səksən milyad tümən xərc çəkilib. İnşası keçən ildən başlanmış bu körpü iki mərhələdə başa çatacaqdır.

M.K- Gəlir və iş mühitinin yaradılması, Ərdəbil vilayətində işləyən yüzdən çox fəal qüvvənin işə götürülməsi və məşğulluğu məsələsində bu kompleks təsiredici olacaq.

M.K- Ötən il bünövrəsi qoyuldu. Doğrudan da münasib bir sürətlə irəliləyib və yekun mərhələlərindədir. Və inşaallah, prezidentin səfərilə istifadəyə veriləcək.

Ərdəbil vilayətinin Ərdəbil, Meşkinşəhr və Xalxal kimi dağlıq bölgələrində bir neçə gözəl və özünəməxsus asma körpünün inşası ilə bu vilayət İranda asma körpülər diyarına çevrilibdir.