Tanınmayan quava meyvəsi
-
Tanınmayan quava meyvəsi
Yerli alma və zeytun kimi tanınan Quava meyvəsi tropik bölgələrə, xüsusən İranın Sistan və Bəluçestan vilayətinə məxsus bir meyvədir. Yüksək qida dəyərinə malik olan bu meyvə müalicə və sənaye istfiadələrinə də malikdir. Bu haqda olan reportaja birgə nəzər salırıq.
Xoş rayihəsi uzaq məsafədən yoldan keçənin ruhunu oxşayır.
M.K- Rayonda bu məhsulun əkin sahəsi 270 hektardır. Onun 230 hektarından çoxu məhsuldardır. Dekabrın sonlarından başlanan məhsul yığımı mart ayının sonlarınadək davam edir.
Quava, soyuqlara və şaxtalara görə, nobər meyvənin mövcud olmadığı qış fəslində istehlak bazarına daxil olur və iranlıların süfrələrini bəzəyir.
Onun elmi adı, quavadır. Əhali ona zeytun və ya can deyir.
M.K- Bu meyvənin vətəni, Cənubi və Mərkəzi Amerikadır. İranda da Sistan və Bəluçestan vilayəti, xüsusən Sərbaz bölgəsi iri həcmdə quava meyvəsinə malikdirlər.
Müxtəlif vitamnlərlə bol olan bu meyvə fərqli ətrə və dada malikdir.
M.K- Mədə-bağırsaq xəstəliklərinin müalicəsində istifadə olunur. Həmçinin soyuqdəymədə, boğaz ağrısında və sinə tutulmasında onun qaynadılmış forması çox faydalıdır.
Quava həm meyvədir, həm də dərman. Əlbəttə, bu dərmanın heç bir mənfi təsiri yoxdur.