Qəhvə 40%-dək arıqladır
Dek 30, 2019 05:37 Asia/Baku
-
Qəhvə 40%-dək arıqladır
Amerikalı alimlərin ən yeni araşdırmalarının nəticələri göstərir ki, kofein kökəlmə ilə mübarizəyə kömək edə bilər.
İllinoys Universitetinin alimləri kəşf ediblər ki, kofein bədəni hüceyrələrdəki piy ehtiyatlarını azaltmağa məcbur edir.
Amerikalı alimlərin/nəticələri “Function Foods” adlı elmi jurnalda dərc olunmuş, siçanlar üzərində apardıqları sınaqlara əsasən, gündə azı dörd fincan qəhvə içmək, gün ərzində istehlak olunan piyin, xüsusən insan sağlamlığı üçün yaxşı olmayan qida maddələrində mövcud olan piyin miqdarını azalda bilər.
Bu tədqiqatçılar həmçinin aşkar ediblər ki, yüksək tərkibli kofeinə malik olan “mate çayı” adlı bir çay növü də sağlamlıq üçün həmin faydaya malikdir və onun təsiri qəhvədəki kofeinin təsirinə bənzəyir.