Qişm adasında dinozavrların nəslindən olan canlı yetişdirilir
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i355091-qişm_adasında_dinozavrların_nəslindən_olan_canlı_yetişdirilir
İranın cənubunda Qişm adasında bir təsərrüfat son günlər yerli əhali və turistlərin diqqətini çəkir. Bu tarlada insanı ilk baxışda dəhşətə gətirən bir canlı yetişdirilir, bu dünyanın ən gözəl surunən heyvanlarından biridir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 31, 2019 16:08 Asia/Baku
  • Qişm adasında dinozavrların nəslindən olan canlı yetişdirilir
    Qişm adasında dinozavrların nəslindən olan canlı yetişdirilir

İranın cənubunda Qişm adasında bir təsərrüfat son günlər yerli əhali və turistlərin diqqətini çəkir. Bu tarlada insanı ilk baxışda dəhşətə gətirən bir canlı yetişdirilir, bu dünyanın ən gözəl surunən heyvanlarından biridir.

Nəzərə sakit gəlirlər ancaq yemi gördükdə dərhal ona hücum edirlər. Bunlar Fars körfəzinin ən iri adası olan Qişm adasında yetişdirilən timsahlardır. 

Zoologiya üzrə təhsilini bitirmiş bu cütlük timsah yetişdirməyə qərar verdilər. 

Z. Bu fəaliyyətə 10 il öncə 8 ədəd timsahla başladıq və indi timsahların sayı 150-ə çatıb. Məqsədimiz timsahları yetişdirərək qanuni mərkəzlərə satmaqdan ibarətdir. 

M. İndiyədək 200 ədəd timsah yetişdirmişik və ölkə daxilindəki zooparklara, akvariumlara və digər qanuni mərkəzlərə göndərmişik. Hal-hazırda Fars körfəzi ölkələrinin bazarları üzərində işləyirik.

Bu mərkəzin istifadəyə verilməsindən keçən bu neçə il ərzində timsahlar fərqli yaşlardadırlar. 

M. Burada 1 yaşlı timsahdan tutmuş 30 yaşlı timsaha qədər mövcuddur və sonuncu İran və Orta Şərqin ən iri timsahı olaraq 400 kq çəkiyə və 40 metr uzunluğa malikdir. 

Z. Bu timsah 6 aylıqdır və uzunluğu 47 santimetrdir.

Bu təsərrüfatda timsah yetişdirilməsi işi ilə 20 nəfər məşğuldur. Bura həm də turistlər üçün cazibəli yerə çevrilib. 

M. Bu qədər timsahı bir yerdə görmək çox maraqlıdır.

Gələn illər ərzində Qişm adasında Qişm-Dərgəhan istiqamətində 1000 ədəd timsahın yetişdiriləcəyi planlaşdırılıb.