Qaz ötürülməsi üçün turş mühitdə polad vərəqlər istehsalı
-
Qaz ötürülməsi üçün turş mühitdə polad vərəqlər istehsalı
Sanksiyalar turş qazın ötürülməsi üzrə borularda işlədilən polad vərəqlərin idxalında məhdudiyyət yaradıb, amma elə bu məsələ həmin vərəqlərin İranda yerliləşdirilməsinə səbəb olubdur.
Bu polad şirkətində sanksiyalar fürsətə çevrildi. Bu istehsal xətti on il bundan qabaq neft sənayesi üçün xas vərəqlərin istehsalından ötrü işə salındı, amma heç vaxt bu, baş vermədi.
M.K-Şirkət bu əsasda təsis olundu, lakin təəssüflər olsun ki, öz tapşırıq sahəsində fəaliyyət etmədi. Biz əsaslı təmir məsələsini gündəmə gətirdik.
Xətt xarici şirkətlər tərəfindən əsaslı şəkildə təmir edilməli idi.
M.K- Təəssüflə, sanksiyalar şəraiti ilə xarici qruplardan heç biri gəlmədi.
Şirkətin mütəxəssisləri tək qaldılar, lakin əlləri işdən soyumadı.
M.K- Şirkətin işçiləri tərəfindən son dərəcə xas və cihadi bir iş görüldü.
Tam, uğurlu və əsaslı təmirdən sonra ölkənin neft sənayesi tarixində ilk dəfə olaraq, istehsal xətti üzərində daxili turş mühit üzrə API vərəqləri istehsal olundu.
Ölkənin müxtəlif nöqtələrindən olan polad şirkətinin müdirləri burada iştirak edirlər ki, yaxından bu böyük müvəffəqiyyətin şahidi olmuş olsunlar.
M.K- Hazırda öz fəaliyyətinin onuncu ilində olan “Oksin” polad şirkəti ötən on ildə ən yaxşı şəraitdədir. Və öz nominal tutumuna çox yaxınlaşıbdır. Amma bundan öncə API vərəqləri tam şəkildə xaricdən idxal edilirdi.