İran futbolundan AFC-ə möhkəm cavab
Yan 19, 2020 09:16 Asia/Baku
-
İran futbolundan AFC-ə möhkəm cavab
İran futbolunun nümayəndələri Asiya Futbol Konfederasiyasının İran futbolu nümayəndələrinin bitərəf ölkədə oynamalarına dair siyasi qərarına cavab olaraq, Asiya Çempionlar Liqasından kənara çəkiliblər.
İran futbolunun nümayəndələri, başqa sözlə, İstiqlal, Perspolis, Sepahan və "Şəhre Xodro" futbol klubları bildiriblər ki, İranın təhlükəsizliynə qarşı mənfi atmosfer yaratmaqla müşayiət olunan zalımcasına qərara təslim olmayacaqlar.
Asiya Futbol Konfederasiyası İranın Futbol Federasiyasına məktubda bildirib ki, konfederasiyanın icra komitəsi iranlı komandaların rəqiblərlə görüşlərini bitərəf ölkədə keçirmək niyyətindədir.
Asiya Futbol Konfederasiyasının bu qalmaqallı qərarına bəhanə, İranda əmin-amansızlıq qeyd olunubdur.