Əlborzda iki sürətləndirici mərkəz açılıb
-
Əlborzda iki sürətləndirici mərkəz açılıb
Sürətləndiricilərin inkişaf etdirilməsi İranın Prezident Aparatının Elm və Texnologiya Müavinliyinin mühüm prioritetlərindəndir və bu müavinlik tərəfindən hərtərəfli şəkildə himayə olunur.
İranın elm və texnologiya üzrə vitse-prrezidenti Kərəc şəhərində iki sürətləndirici mərkəz açıb.
Açıq innovasiya laboratoriyası, MƏPNA şikəti və Prezident Aparatının Elm və Texnologiya Müavinliyi tərəfindən açılıb.
İranın elm və texnologiya üzrə vitse-prrezidenti Surena Səttari: İri şirkətlərin bu sahədə işlədiklərini görməyimə sevinirəm.
Sürətləndirici mərkəzlər gənclərin yaradıcılıqlarının inkişafı və ideyalarının bəhrə verməsi mərkəzləridirlər.
Ekspert: Bir kompüter proqramı hazırlayaraq, sənaye mərhələsinə çatdırmağımıza zəmin yaradılıb.
Bu mərkəz kiberfizika və elektronlaşdırma sahələrində fəaliyyət göstərir.
Əliabadi- MƏPNA şirkətinin icra müdiri: Hər bir məhəllənin gənclərindən istifadə etmək üçün orqanlar yaratmağa çalışırıq.
Kiberfizika və elektronlaşdırma mənbələri universitetlər və tədqiqat müəssisələrindən başlanır və sənaye obyektlərinədək davam edir.
Həmçinin “Mad” sürətləndirici mərkəzi dərman, bəzək və sanitariya-gigiyena maddələrinin istehsalı istiqamətində fəaliyyətə başlayıb.
Səttari: Dərmanların 98 faizi İranda istehsal olunur, lakin nəzərəçarpacaq dərəcədə dərman xammalı idxal olunur və inşallah, bu rəqəm azaldılacaqdır.