Məhəllatdan 25 milyon dollarlıq gül və bitki ixracatı
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i356548-məhəllatdan_25_milyon_dollarlıq_gül_və_bitki_ixracatı
İran 5500 hektardan çox dekorativ bitki və çiçək sahəsinə malik olaraq, bu baxımdan dünyada 24-cü ən böyük istehsalçısıdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 23, 2020 17:19 Asia/Baku
  • Məhəllatdan 25 milyon dollarlıq gül və bitki ixracatı
    Məhəllatdan 25 milyon dollarlıq gül və bitki ixracatı

İran 5500 hektardan çox dekorativ bitki və çiçək sahəsinə malik olaraq, bu baxımdan dünyada 24-cü ən böyük istehsalçısıdır.

Dolanışıqlarını soruşanda, hamı yüksək əhval-ruhiyyədən danışır.

Burada həm gül əkir, həm də gül yığırlar. Həm şəhərlərinin soğatıdır, həm də iş və qazanc yerləridir.

Müsahibə: Bu bölgə gənclərinin əksər hissəsi elə bu işlə məşğuldur.

Qışın bu soyuq günlərində burada gördüklərinizin hamısı gül və yaşıllıqdır. Məhəllat gül və bitki yetişdirmə sənayesində İranın məşhur şəhəridir.

Müsahibə: Bizim budağı kəsilmiş güllər bölməsindəki istehsal gücümüz, yüz milyon tüməndən, mənzil çiçəkləri məsələsində isə 25 milyon ədəddən çoxdur.

Bu şəhərin ürəkoxşayan havası istixana sahiblərinin işinə rövnəq veribdir.

Müsahibə: Bizim istehsal etdiyimiz çiçəklərin 30%-i ixrac olunur, 70%-i isə daxili bazara təqdim olunur.

Mərkəzi vilayət ərazisinin min hektarından çoxunda 150-dən çox dekorativ bitki və çiçək növü yetişdirilir.

Bu vilayət İranda budağı kəsilmiş güllərin istehsalı sahəsində ikinci yerdə gedir.

Müsahibə: Hər il 250 milyondan çox budağı kəsilmiş çiçək Orta Asiya ölkələrinə, İraqa və Fars Körfəzi ətrafındakı ölkələrə ixrac olunur. Onların dəyəri 25 milyon dollardır.

Müsahibə: Ölkə səviyyəsində 5500 hektardan çox dekorativ bitki və çiçək sahəsinə malikik və bölgədə bizim ən böyük rəqibimiz, Türkiyədir.

Dünyada bitki və gül ixracatının illik dövriyyəsi 158 milyon dollar hesablanıbdır ki, bu arada İran 24-cü yerdə gedir.