38-ci beynəlxalq Fəcr teatr festivalı başlanır
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i356868-38_ci_beynəlxalq_fəcr_teatr_festivalı_başlanır
Bu gün Tehranda 38-ci beynəlxalq Fəcr teatr festivalı başlanır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 30, 2020 08:54 Asia/Baku
  • 38-ci beynəlxalq Fəcr teatr festivalı başlanır

Bu gün Tehranda 38-ci beynəlxalq Fəcr teatr festivalı başlanır.

38-ci beynəlxalq Fəcr teatr festivalında 20 əsər rəqabət bölməsində, 15 əsər də qeyri-rəqabət bölməsində səhnəyə çıxacaq.

Xalqlar bölməsində də festivalda beş əsər iştirak edəcək. Eyni zamanda 23 əsər də küçə teatrı bölməsində icra olunacaq.

Küçə teatrı son illər xalqın böyük rəğbətilə üzləşib və bu il də bu məqsədlə nəzərdə tutulmuş məkanlarda icra olunacaqdır.

38-ci beynəlxalq Fəcr teatr festivalının katibi Nadir Borhani Mərənd tamaşaçılara və sənətçilərə müraciətdə bu hadisəni incəsənətin çeşidli cilvələri və müxtəlifliyinə dəyər vermək üçün bir fürsət adlandırıb.

38-ci beynəlxalq Fəcr teatr festivalı fevralın onunadək davam edəcək.