Həddən artıq və keyfiyyətsiz yuxunun insultla əlaqəsi
-
Həddən artıq və keyfiyyətsiz yuxunun insultla əlaqəsi
Sutka ərzində doqquz saatdan çox yatan şəxslər digər şəxslərdən 23 faiz çox insulta tutulma təhlükəsilə üzləşirlər.
Yetərsiz yuxunun köklük, ürək xəstəliyi, diabet, qan təzyiqi və digər sağlamlıq problemləri ilə əlaqəsi var.
Amerikada Yol Hərəkəti Sağlamlığı İdarəsinin bildirdiyinə görə, ildə 72 min yol qəzası və altı min ölü sürücülərin yetərsiz yuxusu ilə əlaqəlidir. Tədqiqatçılar “Noroloji” nəşrində dərc olunmuş bir məqalədə bildiriblər ki, orta yaşı 62 olan təqribən 32 min şəxs arasında insult təhlükəsini araşdırıblar.
Tədqiqatçıların araşdırmalarının nəticəsi belə olub: Sutka ərzində doqquz saat və ya ondan çox yatan şəxslər səkkiz saatdan az yatan şəxslərdən 23 faiz çox insulta tutulma təhlükəsilə üzləşirlər.
Keyfiyyətsiz yuxu da insulta tutulma təhlükəsinin artmasına səbəb olur.