İranın karate üzrə yığması Avrasiya yarışlarında birinci oldu
Fev 02, 2020 10:22 Asia/Baku
-
İranın karate üzrə yığması Avrasiya yarışlarında birinci oldu
İran yığması Enşin karate növü üzrə keçirilən Avrasiya yarışlarında çempion oldu.
İRNA-nin məlumatına görə, Enşin karate növü üzrə Avrasiya yarışları cümə günü yanvarın 31-də Tehranın qərbində yerləşən Əlborz vilayətində 450 kişi və qadın karateçinin iştirakı ilə iki kata və komitə bölmələrində keçirildi.
İran, Əfqanıstan, Azərbaycan Respublikası, Banqladeş və İraqdan olan iştirakçılar qadın və kişi bölmələrində rəqabət apardılar.
Bu yarışların sonunda kişilər bölümündə İran yığması 185 xal, İraq 35 xal və Azərbaycan yığması 15 xalla müvafiq olaraq birinci, ikinci və üçüncü oldular.
Qadınlar bölümündə isə İran yığması 125 xal qazanaraq birinci yerdə qərarlaşdı, Azərbaycan yığması 45 xalla ikinci və İraq komandası 15 xalla üçüncü oldular.