İran ultra qabaqcıl Lazer istehsal edən ölkələrin sırasına qoşulub
-
İran ultra qabaqcıl Lazer istehsal edən ölkələrin sırasına qoşulub
İran "Femto Saniyə" adlı ultra qabaqcıl qısa impulslu lazerlərin cihazlarını yerliləşdirməklə dünyada bu cihazları kostruksiya edən üç ölkəyə qoşulub.
İRİB-nin məlumatına görə, iranlı tədqiqatçılar 6 il davam edən araşdırmalar və beynəlxalq bir komandan ilə əməkdaşlıqdan sonra "Femto Saniyə" adlı ultra qabaqcıl qısa impulslu lazer cihazını konstruksiya etməklə onu yerliləşdirməyə və bu sahənin bilik və texnologiyasına sahib olmağa müvəffəq olublar.
Bu məlumata əsasən, ən yüksək diqqətlə aşkarlama və spektroskopiya, ultra sürətli fotoqrafiya və sehirli "terahertz" dalğalarının istehsalı bu sistemin qabiliyyətləridəndir.
Bu cihazın konstruksiyasının bir neçə məhdud ölkənin inhisarında olmasına toxunan İsfahanın Elmi-Tədqiqat Şəhərciyində yerləşən elmi biliklərə əsaslanan şirkətin direktoru Mehdi Musəvi deyib: "Bu lazerin və onun yüksək texnologiyasının yerliləşdirilməsi ölkəmiz üçün 50 min dollar məbləğində valyuta gəliri deməkdir.
Tədqiqatçının sözlərinə görə, hazırda bu cihazın kütləvi istehsalına başlanılıb və bir neçəsi də Fars Körfəzi ölkələri və digər qonşu ölkələrə ixrac edilib.