Şəkər çuğundurundan tibbi spirt istehsalı
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i358454-Şəkər_çuğundurundan_tibbi_spirt_istehsalı
İranda və digər ölkələrdə koronavirusun yayılması ilə İranın daxilində tibbi spirt və dezinfeksiyaedici məhsulların iri həcmdə istehsalına ehtiyac və xalqın böyük tələbinə əsasən, bu maddənin şəkər çuğundurundan istehsal olunması tərzindən xəbərdar olmaq üçün Qərbi Azərbaycan vilayətinə baş çəkirik.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 28, 2020 17:54 Asia/Baku
  • Şəkər çuğundurundan tibbi spirt istehsalı
    Şəkər çuğundurundan tibbi spirt istehsalı

İranda və digər ölkələrdə koronavirusun yayılması ilə İranın daxilində tibbi spirt və dezinfeksiyaedici məhsulların iri həcmdə istehsalına ehtiyac və xalqın böyük tələbinə əsasən, bu maddənin şəkər çuğundurundan istehsal olunması tərzindən xəbərdar olmaq üçün Qərbi Azərbaycan vilayətinə baş çəkirik.

Burada, Qərbi Azərbaycanda, şəkər çuğunduru sahəsindəyik.

Şəkər çuğunduru koronavirusla mübarizə vasitəsi olubdur.

M.K- Spirtin istehsalı üzrə xammal, doşabdır. Bu bölgədəki Miyandoab qənd zavodu doşab istehsalçısıdır.

Doşab bir neçə il bundan öncəyədək kənara atılan bir maddə idi. Bu maddə qənd zavodlarında şəkər istehsalından sonrakı tullantı maddədir. Miyandoabda bu maddə spirt istehsalı üçün xammaldır.

M.K- Gündə on min litr tibbi spirt istehsal edirik.

M.Q- Koronavirus xəstəliyinin gəldiyi zamandan bəri biz üç növbədə işləyirik ki, xalqın nigarançılığını azaltmış olaq.

Bu istehsal obyektində nəinki etanol şüşə qablaşdırması formasında ev istifadəsi üçün istehsal olunur, həm də ondan topdansatış formasında da istifadə edilir.

Bura, Miyandoabdan 143 kilometr aralıda yerləşən Urmiyyə şəhəridir.

Burada istehsal olunan topdansatış formasında spirtlər bu günlərin ən mühüm və çox istifadə olunan maddənin, yəni əlləri təmizləyən maddənin xammalı rolunu oynayır.

M.Q- Bu məhsulun istehsal həcmi sutka ərzində 25-30 tondur ki, bir həftə ərzində bazarı ehtiyacının böyük bir hissəsini təmin edə bilər.

Vilayətdəki beş qənd zavodunun hər birindən və dörd etanol zavodundan tibbi spirtin təmin edilməsilə Qərbi Azərbaycanda istehsal durmadan davam edir.