Ərakda «mömincəsinə yardım» manevri
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i360796-Ərakda_mömincəsinə_yardım_manevri
Mübarək Ramazan ayı və «mömincəsinə yardım» manevri ərəfəsində Mərkəzi vilayətin ehtiyaclıları arasında yüz mindən çox məişət bağlaması paylanacaq.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 21, 2020 10:34 Asia/Baku
  • Ərakda «mömincəsinə yardım» manevri
    Ərakda «mömincəsinə yardım» manevri

Mübarək Ramazan ayı və «mömincəsinə yardım» manevri ərəfəsində Mərkəzi vilayətin ehtiyaclıları arasında yüz mindən çox məişət bağlaması paylanacaq.

Mömincəsinə yardım üçün həmrəylik hərəkatı.

Bu günlər Ərakın xeyirxah əhalisi, dini heyətlər və xeyirxah insanlar fəaliyyətə keçiblər ki, mübarək Ramazan ayı ərəfəsində məişət yardımı bağlaması toplayıb və paylamaqla ehtiyaclıları sevindirmiş olsunlar.

Kişi: Bəlkə bəzi ailələr iqtisadi cəhətdən münasib vəziyyətə malik olmasınlar. Buna görə, bu hərəkətlə onlara kömək olmağa çalışdıq.

Kişi: Hər bağlamaya on kilo düyü, iki kilo ət, iki ədəd toyuq, makaron, pendir, tomat, duz, soya, şirniyyat və sairə qoymuşuq.

Bəsic mərkəzlərinin gəncləri də bu işdə fəaldırlar.

Kişi: Koronavirusa görə bir çoxlarının işsiz qaldıqları günlərdə ehtiyaclılara köməyi özümüzə borc bildik.

Kişi: Meydanların əsas qalibi, həmişə xalqdır. Ümid edirik ki, yenə də daha çox meydana girmiş olsun.

«Mömincəsinə yardım» manevrində ruhanilər və dini tələbələr də xalqın yanındadırlar.

Kişi: Mərkəzi vilayətin dini tələbələrinin bəsic təşkilatı cihad qruplarının çağırışı ilə bu hərəkətə əl atıbdır.

Qərara alınıb ki, xeyirxah insanların xalq yardımları, icra orqanlarının ahəngdarlığı ilə təmərüzləşdirilmiş formada ehtiyaclı ailələr arasında paylansın.

ƏRAKDA «MÖMİNCƏSİNƏ YARDIM» MANEVRİ