İyul 31, 2020 08:56 Asia/Baku
  • Dərman da olarmış! Marixuananın xərçəngi məhv edən növü aşkarlanıb

Kannibis xərçəng hüceyrələrini daha həssas edir, eyni zamanda sümük iliyi hüceyrələrini və sağlam leykositləri öldürmür.

SəhərAzəri Sputnik.az-a istinadla xəbər verir ki, bu barədə universitetin saytında yerləşdirilmiş press-relizdə bildirilir. Nyukasl və Hunter Universitetinin tədqiqatçısı Matt Dun Avstraliyada aşkar edib ki, müəyyən modifikasiyalı kannabis (narkotik xassəli çətənə - red.) növü insan orqanizminin hüceyrələrinə zərər vermədən xərçəng hüceyrələrinin bəzi növlərini məhv etməyə qadirdir.

Bu eksperiment Avstraliya Təbii Terapiya qrupu (ANTG) ilə birlikdə üç il müddətində həyata keçirilib. Eksperiment yeni marixuana növünü almaq və xərçəngin müalicəsində onun potensialını test etmək məqsədi daşıyıb. Tədqiqat üçün leykemik hüceyrələrdən istifadə edilib. Alimlər kannibisin xərçəng hüceyrələrini daha həssas etdiyini və eyni zamanda nə sümük iliyi hüceyrələrini, nə də sağlam leykositləri öldürdüyünü aşkar ediblər.

Beləliklə, tədqiqatçılar yalnız xəstəliyin gedişini asanlaşdırmaq üçün bir vasitə kimi deyil, həm də xərçəngin müalicəsi üçün bir vasitə kimi marixuananın potensialını aşkar ediblər. Alimlər qeyd edirlər ki, modifikasiya olunmuş növlər daha effektivdir, daha az toksikliyə və yan təsirlərə malikdir. Bu da potensial olaraq digər xərçəng əleyhinə vasitələrlə birlikdə onu terapiya üçün ideal əlavəyə çevirir.

Eyni zamanda, tədqiqatın müəllifləri qeyd ediblər ki, kəşf xərçəng üzərində tam qələbədən xəbər vermir. Alimlər xərçəng hüceyrələrini həssas edən deyil, onları sağlamlaşdıran mexanizmi tapmaq istəyirlər. Onlar həmçinin, aşkar etdikləri kannibis növünün hələ xərçəng əleyhinə vasitəsi kimi klinik istifadə üçün hazır olmadığını vurğulayıblar.

 

Teqlər

Şərhlər