Gündüz yatmaq ölüm riskini artırır
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i366503-gündüz_yatmaq_ölüm_riskini_artırır
Gündüz 1 saatdan çox yuxu ölümcül təhlükəli ola bilər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 27, 2020 08:02 Asia/Baku
  • Gündüz yatmaq ölüm riskini artırır

Gündüz 1 saatdan çox yuxu ölümcül təhlükəli ola bilər.

SəhərAzəri Report-ə istinadla xəbər verir, bu qənaətə Çinin Quançjou şəhərinin Tibb Universitetinin tədqiqatçıları gəlib.

Bildirilib ki, alimlər 20 elmi işdən ümumi nəticə çıxarıb və 39 %-i gündüz yatan 313 651 nəfərin məlumatını təhlil ediblər.

Analiz nəticələrinə görə, gündüz müntəzəm olaraq 1 saatdan çox yatan insanlarda ürək damar xəstəliyi riski 34 %, başqa bütün səbəblərdən doğan ölüm riski isə 30 % artıb. Uzunmüddətli gündüz yuxusu ümumilikdə sutkada 6 saatdan çox yatanlar üçün təhlükəli olub.

Araşdırmaçılar iddia edirlər ki, müddətindən asılı olmayaraq gündüz yuxusu ümumiyyətlə ölüm riskini 19 % artırır. Eyni zamanda qadınlarda və yaşlı insanlarda yuxu və ölüm riski arasındakı əlaqə daha aydın olub: müvafiq olaraq 22 % və 17 % təşkil edib.