«Perspolis» «Paxtakor»a qalib gələrək, Asiya Çempionlar Liqasının yarımfinalına çıxıb
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i367873-perspolis_paxtakor_a_qalib_gələrək_asiya_Çempionlar_liqasının_yarımfinalına_çıxıb
İranın «Perspolis» futbol komandası Özbəkistanın «Paxtakor» klubuna iki-sıfır hesabı ilə qalib gələrək, Asiya Çempionlar Liqasının yarımfinalına vəsiqə qazanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 01, 2020 05:37 Asia/Baku
  • «Perspolis» «Paxtakor»a qalib gələrək, Asiya Çempionlar Liqasının yarımfinalına çıxıb

İranın «Perspolis» futbol komandası Özbəkistanın «Paxtakor» klubuna iki-sıfır hesabı ilə qalib gələrək, Asiya Çempionlar Liqasının yarımfinalına vəsiqə qazanıb.

SəhərAzəri xəbər verir, «Perspolis» klubu Asiya Çempionlar Liqasının dörddə bir final mərhələsinin ikinci görüşündə Özbəkistanın «Paxtakor» klubunu iki-sıfır hesabı ilə məğlub etməyə müvəffəq olub. Qətərin paytaxtı Doha şəhərinin «Casem bin Həməd» stadionunda keçirilən görüşə, İordaniyadan olan Ədhəm Məhadməh hakimlik edibdir.

Asiya Çempionlar Liqasının qrup mərhələsində Qətərin «Əldəhil», Ərəbistanın «Əltəavun» və əmirliklərin «Əlşərcə» klubları ilə eyni qrupda çıxış edən İranın qırmızı geyimli futbolçuları qrupun birinci komandası kimi yarışların səkkizdə bir finalına çıxa biliblər. Onlar özlərinin bu mərhələdəki ilk görüşlərində Qətərin «Əlsəd» komandasını məğlub etməyə müvəffəq olublar.

Oyunun ikinci hissəsində, 50-ci dəqiqədə İsa Ali Kəsir Paxtakor-un qapısına dəqiq bir zərbə ilə hesabı açdı.

67-ci dəqiqədə qırmızılar bu dəfə meydançanın sol cinahından mövqe əldə edərək, rəqibin ərazisinə nüfuz etdilər və Ağayinin yer ötürməsi ilə Ale-Kəsir topu Paxtakor-un qapısına daxil edərək, özünün və komandasının ikinci qolunu vurdu.

Oyun Qolmohəmmədinin şagirdlərinin iki-sıfır hesabı ilə başa çatdı. Beləliklə qırmızılar şənbə günü Tehran vaxtı ilə saat 18-30 dəqiqədə əmirliklərin Ənnəsr klubu ilə görüşəcəklər.