Okt 09, 2020 13:26 Asia/Baku
  • İranın milli futbol komandası Özbəkistan millisinə qalib gəlib

İranın yığma futbol komandası evindən kənarda keçirdiyi yoldaşlıq görüşündə iki-bir hesabı ilə Özbəkistan millisinə qalib gəlib.

SəhərAzəri xəbər verir, İranın milli futbol komandası dünən Daşkəndin «Paxtakor» stadionunda keçirilən yoldaşlıq görüşündə Özbəkistan millisini məğlub edibdir.

İran yığmasının qollarını Sərdar Azmun və Mehdi Taromi, Özbəkistan millisinin yeganə qolunu isə Şomorodov vurubdur.

Bu, Draqan Skoçiçin İranın yığma futbol komandasına məşqçiliyi altında keçirilən ilk görüş olubdur.

Teqlər