"Real Madrid" və "Mançester Siti" UEFA Çempionlar Liqasının 1/4 finalında
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i374507-real_madrid_və_mançester_siti_uefa_Çempionlar_liqasının_1_4_finalında
UEFA Çempionlar Liqasının səkkizdə bir final mərhələsinin ikinci həftəsinin cavb oyunlarında "Real Madrid" və "Mançester Siti" komandaları "Atalanta" və "Münhenqladbax" komandalarına qalib gələrək, asanlıqla növbəti mərhələyə adlayıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 17, 2021 10:06 Asia/Baku

UEFA Çempionlar Liqasının səkkizdə bir final mərhələsinin ikinci həftəsinin cavb oyunlarında "Real Madrid" və "Mançester Siti" komandaları "Atalanta" və "Münhenqladbax" komandalarına qalib gələrək, asanlıqla növbəti mərhələyə adlayıblar.

SəhərAzəri xəbər verir ki, UEFA Çempionlar Liqasının səkkizdə bir final mərhələsinin ikinci həftəsinin cavb oyunlarında, "Real Madrid", doğma meydanda "Atalanta" komandasını qəbul edib və 3:1 hesabı ilə qalib gəlib.

Bu komandalar arasında birinci görüşdə də Madrid klubu rəqibini 1:0 hesabı ilə məğlub etmişdi. 

Qörüşdə, Real üçün Benzema 34-cü, Ramos 60-cı və Asensio 84-cü dəqiqədə qol vurublar, Atalantanın yeganə qolunun müəllifi isə 83-cü dəqiqədə Muriel olub.

Digər oyunda "Mançester Siti" öz evində "Borussiya Münhenqladbax"ı qəbul edib və bu dəfə də ilk oyunda olduğu kimi iki qolla qalib gəlib və növbəti mərhələyə vəsiqə qazanıb. 

Pepin yetirmələri ümumilikdə 4:0 hesabı ilə UEFA Çempionlar Liqasının dörddə bir final mərhələsinə yüksəliblər.